Türkiyəyə qarşı çirkin ittifaq – PKK Əsədlə razılaşdı

PKK terror təşkilatının Suriya qolu sayılan PYD/YPG silahlılarının komandirləri Prezident Bəşər Əsəd rejiminin nümayəndələri ilə görüşüb.
 
Bununla bağlı Röyter agentliyi məlumat yayıb.
 
Görüş zamanı tərəflər Türkiyə Silahlı Qüvvələrinə qarşı ittifaq məsələsində razılığa gəliblər. Razılığa əsasən, Əsəd PYD-yə ordu dəstəyi verməsə də, digər bölgələrdəki terrorçuların Afrinə keçməsinə imkan yaradacaq, – Teleqraf.com xəbər verir.
Qeyd edək ki, PYD ilə Bəşərə Əsəd rejiminin nümayəndələri arasında bundan əvvəl keçirilən görüş 2017-ci ilin mart ayında Suriyanın Qamışlı şəhərində baş tutub. İnosmi.ru-nun yaydığı məlumatda deyilir ki,  görüş Rusiyanın vasitəçiliyi ilə baş tutub. 

Rusiya prezidenti Vladimir Putin həmçinin PYD-YPG terrorçu qruplaşmasını 2017-ci ilin noyavr ayında Soçidə keçirilən “Suriya xalqlarının konqresinə” dəvət edib.

 

Bastainfo.com