Arif Hacılı “artistlərə” səsləndi: “Sizinki Yaqodadı, Beriyadı, Bağırovdu, Əliyevdi…”

Müsavat başqanı Arif Hacılı bəzi ədəbiyyat və incəsən xadimlərinin vaxtından əvvəl təbliğat kampaniyasına qoşulamsına münasibət bildirib.

“Siyasətdən uzaq, dəfələrlə ” mən siyasətə qarışmıram”- deyən, ədəbiyyat və incəsənət adamlarının dünənki yersiz, mənasız, yalanlarla zəngin olan siyasi çağırışları, həm də ciddi qanun pozuntusudur. Kimsə onları başa salmalıydı ki, bu davranışları azad seçkilərin ana prinsiplərindən olan bərabərhüquqlu təbliğat imkanları prinsipinin, Seçki Məcəlləsinin təşviqat kampaniyası başlamazdan əvvəl təbliğatı qadağan edən müddəasının kobud şəkildə pozulmasıdır” – Arif Hacılı özünün feysbuk səhifəsində belə yazıb. 

“Yəqin deyəcəklər ki, xəbərimiz yox idi. Amma, hətta 18 yaşlı bir çox gənclərimiz səviyyəsində siyasi bilikləri olmasa da 100 il əvvəl Cümhuriyyət qurmuş bir xalqa siyasi yön verməyi özlərinə rəva bildilər. Heç olmasa susmağa dəyanətləri çatmadı. Sakın. Bir daha qəddar rejimə və sizin kimilərə qarşı vuruşub həyatlarını itirən Hüseyn Cavidin, Müşfiqin, Almas Yıldırımın, Əhməd Cavadın… adlarını çəkməyin. Bu adamların nüfüzuna sığınıb, nüfuz qazanmağa çalışmayın. Sizinki Yaqodadı, Beriyadı, Bağırovdu, Əliyevdi…” – Arif Hacılı bildirib.

 

Bastainfo.com