Latviyada rus məktəbləri bağlanır

Latviya parlamentinin plenar iclasında təhsil haqqında qanuna düzəlişlər edilib. RİA Novostinin yaydığı məlumata görə, düzəlişlər ölkədəki rus məktəblərinin latış dilinə keçidini nəzərdə tutur.

İki ay əvvəl Latviya hökuməti təhsil nazirliyinin islahat paketini təsdiqləyib. Həmin paketdə 2021-ci ildən başlayaraq ölkədəki milli azlıqların məktəblərinin latış dilinə keçməsi nəzərdə tutulur. Latviya Seymi islahat paketini müvafiq komissiyalara təqdim edib.  

Məlumatda həmçinin bildirilir ki, Latviyanın rus icmasının nümayəndələri bu islahatlara etiraz olaraq, Riqada 4 etiraz aksiyası keçiriblər. 

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Latviyada rus məktəblərinin bağlanmasını “inkvizisiya” adlandırıb.

Buna cavab verən Latviya Seyminin üzvü Hosam Abu Meri Latviyada latış dilinin yeganə dövlət dili olduğunu xatırladaraq, Rusiyada yaşayan latışların öz dülində təhsil almalarına şərait yaradılmadığını da qeyd edib. 

 

Bastainfo.com