Moskvada tanınmış azərbaycanlı iş adamının qohumu qətlə yetirilib

Rusiya paytaxtında azərbaycanlı gənc qətlə yetirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, qətl hadisəsi fevralın 9-da baş verib. 25 yaşlı Ruhin Rəhimov naməlum şəxs və ya şəxslər tərəfindən qətlə yetirilib. Onun küt alətlə qətlə yetirildiyi bildirilib, – APA xəbər verir.

 Mərhumun cəsədi Bakıya göndərilib. Artıq dəfn olunub. 

 Qeyd edək ki, Ruhin Rəhimov tanınmış azərbaycanlı iş adamı, hüquq elmləri doktoru İlham Rəhimovun yaxın qohumu, əmisinin nəvəsidir.