Müsavat birgə mübarizənin təşkili üçün siyasi qüvvələrə yenidən müraciət etdi

Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən “Basta”ya verilən məlumata görə, iclasda əvvəlcə Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı  görülən işlər və qərarların icrası barədə məlumat verib.

Divanda 2018-ci il aprelin 11-nə təyin olunan növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsi ilə bağlı Müsavat Partiyası Məclisinin növbəti sessiyası geniş müzakirə olunub.

Elan olunmuş saxta seçkilərə etiraz kampaniyasının təşkili ilə əlaqədar müvafiq qərarlar qəbul edilib. Mübarizənin birgə təşkili məqsədi ilə ölkədə fəaliyyət gösrtərən real müxalifət qüvvələrinə yenidən müraciət olunması məqsədəuyğun sayılıb.

Divanda MSDM-nin sədri İsa Qəmbərin ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini  Bricet Brinklə görüşü ilə bağlı məlumat verilib.

Divanda Cümhuriyyətin 100 illiyi ilə bağlı hazırlıq işləri ilə əlaqədar müvafiq qəraralar qəbul edilib.

 

Bastainfo.com