Əfqan Muxtarlının apellyasiya şikayətinə fevralın 20-də baxılacaq

Fevralın 20-də saat 12:00-da Şəki Apellyasiya Məhkəməsində həbsdə olan jurnalist Əfqan Muxtarlının apellyasiya şikayətinə baxılacaq.

Bu haqda “Basta”ya jurnalistin vəkili Nemət Kərimli məlumat verib. Vəkil bildirib ki, iş baxılması hakim Rafail Əliyevə həvalə olunub.

Qeyd edək ki, Balakən Rayon Məhkəməsi Əfqan Muxtarlı Cinayət Məcəlləsinin 206.1, 315.2 və 318.1-ci maddəsi ilə təqsirli bilərək, barəsində 6 il həbs qərarı çıxarıb. 

Jurnalist ölkə başçısının İlham Əliyevin sifarişi ilə həbs edildiyini və ona qarşı ittihamların uydurma olduğunu bildirib.

 

Bastainfo.com