Xaçmazda iki intihar hadisəsi baş verib

Fevralın 10-da  Xaçmaz şəhərinin Dadaş Bünyadzadə küçəsində yaşayan Şirinbalayev Bəhruz  Telman oğlu özünü asaraq intihar edib. 28 yaşlı Bəhruzun xırda ticarətlə məşğul olduğu deyilir. Evlidir, üç uşağı var. 

Fevralın 12-də Xaçmaz şəhər sakini Cəbrayılov Səxavət Alik oğlu eyni üsulla intihar edib. Qonşuların saytımıza verdiyi məlumata görə, məktəbdə uşaq üstə düşən mübahisədən sonra qarşı tərəf polisə şikayət ərizəsi ilə müraciət edib.  Xaçmaz Polis şöbəsinə çağırılan Səxavət  şöbəni tərk etdikdən bir qədər sonra intihara əl atıb. 

Səxavət Xaçmazda “Yelkən Market” dükanının sahibi idi.

Onun iki uşağı var, həyat yoldaşının hamilə olduğu deyilir. 

 Xaçmaz Polis Şöbəsinin mövqeyini dərc etməyə hazırıq. 

Heybət Əmrah

bastainfo.com