Yusif Tağıyev – 50

Müsavat Partiyasının mətbuat xidmətindən “Basta”ya verilən məlumata görə, partiyanın başqanı Arif Hacılı partiya fəalı Yusif Tağıyevi 50 illik yubileyi münasibəti ilə təbrik edib. Təbrikdə deyilir:

“Hörmətli Yusif bəy.

Sizi doğum günü münasibətilə təbrik edir, Sizə uzun ömür can sağlığı, işlərinizdə uğurlar arzulayıram.

Siz Azərbaycanın müstəqilliyi uğrunda gedən mübarizənin fəal nümayəndələrindən biri olmusunuz. Qarabağ uğrunda gedən döyüşlərdədə torpaqlarımızın azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə fədakarlıq nümunəsi göstərmisiniz.

Sonrakı illərdə Müsavat Partiyasının sıralarına qoşularaq ölkədə azad, demokratik cəmiyyətin qurulması uğrunda gedən mübarizənin ön sıralarında olmusunuz.

Hazırda Müsavat Partiyası Qubadlı rayon təşkilatının Şura üzvü kimi partiyanın qərarlarının icrasında, Müsavat ideologiyasının təbliğində, sıralarımızın artırılması, fəaliyyətimizin genişləndirilməsində fəallıq göstərirsiniz.

Fəal həyat mövqeyiniz, işgüzarlığınız, prinsipiallığınız, səmimiyyətiniz partiyadaşlarınız və Sizi tanıyanlar arasında Sizə böyük nüfuz qazandırıb.

Hörmətli Yusif bəy!

Sizi bir daha doğum günü münasibətilə təbrik edir, Sizə uzun ömür, can sağlığı, şəxsi həyatınızda xoşbəxtlik və apardığınız bu şərəfli mübarizədə uğurlar arzulayıram.”

 

Bastainfo.com