MSK 5 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiq edib

 

 

“Basta” MSK-nın yaydığı xəbərə istinadən xəbər verir ki, bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) 14 fevral iclasında 5 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənib.

Qeydə alınan namizədlər; prezident, hakim Yeni Azərbaycan Partiyasının (YAP) rəhbəri İlham Əliyev, Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev, Anar Umudov (vəkil), Zahid Oruc (deputat), Tural Abbaslı (rəsmi qeydiyyata alınmayan Ağ Partiyanın rəhbəri).

Hazırda namizədlərin rəsmi qeydiyyatı üçün 60 birmandatlı seçki dairəsindən ən azı 40 min imza toplanmalıdır.

Növbədənkənar prezident seçkiləri aprelin 11-də keçiriləcək

 

Bastainfo.com