Müsavat başqanı sualımızı cavablandırdı

Tofiq Yaqublu Müsavat Partiyası başqanının müavini vəzifəsindən azad edilib.

O özü bu məlumatı təsdiqləsə də hər hansı şərh verməyib. 

Müsavat başqanı Arif Hacılı əməkdaşımızın sualına cavab olaraq bildirib ki, başqan müavini konkret icra funksiyalarının həyata keçirilməsini nəzərdə tutan görəvdir. Tofiq Yaqublu başqan müavini kimi bu funksiyalarının həyata keçirilməsinə kifayət qədər diqqət və zaman ayıra bilmədiyi üçün vəzifəsindən azad edilib.

“Tofiq Yaqublu Müsavat Partiyası Divanının üzvüdür və bundan sonra da partiyada fəaliyyətini davam etdirəcək” – Arif Hacılı bildirib.

 

Bastainfo.com