Arif Hacılı: “Görünür cavablarım xoşlarına gəlmədi”

Müsavat başqanı Arif Hacılı Tofiq Yaqublunun başqan müavinliyindən azad edilməsi barədə onun imzaladığı sərəncamı yanlış yorumlayanlara hiddətləndi.

“Son sərəncamıma xüsusi diqqət yetirən saytlardan birinin suallarına cavab verdim.

Xahiş edib təkidlə soruşdular, amma görünür cavabım xoşlarına gəlmədi.

Suallarına cavabım bu idi:

“Müavin və digər icra strukturlarına partiya üzvünün təyin olunması, və ya xaric edilməsi partiya başqanının hüququdur.

Tofiq Yaqublunu bu vəzifəyə mən təyin etmişdim. Tofiq Yaqublu o zaman da Milli Şuranın üzvü idi. Müsavat Partiyası isə artıq bu qurumdan çıxmışdı. Ona görə də bu qərarın Milli Şura ilə əlaqələndirilməsi əsassız və yersizdir.

Demokratik qüvvələrin birlik məsələsinə gəldikdə isə bu barədə mənim müraciətim mətbuatda dərc olunub, videomüraciətim yayılıb.

Müsavat Məclisinin bu bəradə yekdilliklə qəbul edilmiş qərarı var. Ona görə də mənim bu qərarımın partiyalararası münasibətlərə xələl gətirməsi haqqında deyilənlər absurddur. 

Bu məsələnin belə geniş müzakirəsini təbii qəbul edirəm. Başqa təkəbbürlü təşkilatlarda kimin müavin və ya başqa vəzifəyə gəlməsi və ya vəzifədən ayrılmasından heç kəs xəbər tutmur.

Hətta nazirlərin vəzifəyə təyin edilməsi, vəzifədən çıxarılması belə müzakirəyə səbəb olmur.

İndi bu məsələ ətrafında gedən müzakirələr Müsavat Partiyasının əhəmiyyətinin, gücünün göstəricisidir.”

 

Yazı Arif Hacılının “Facebook” səhifəsindən götürülüb.

Bastainfo.com