Rusiya provayderləri Navlnının saytını bloklamağa başladı

Rusiyanın internet provayderləri Korrupsiyaya Qarşı Mübarizə Fondunun rəhbəri Aleksey Navalnınıya məxsus navalny.com saytına girişi bloklamağa başlayıb.

Dojd TV-nin verdiyi məlumata görə, artıq MTS, Yota, MQTS və “Meqafon”dan istifadə edən abunəçilər Navalnının saytına daxil ola bilmirlər. 

Bundan əvvəl Krasnodar vilayətindəki Ust-Labinski məhkəməsi Navlnının saytının bloklanması barədə qərar çıxarıb. Məhkəmə bu qərarını saytda şəxsi həyatına qanunsuz müdaxilə olunduğunu iddia edən vətəndaşın şikayəti ilə əsaslandırıb. Navalnı bu qərarın Kremlin sifarişi ilə çıxarıldığını bildirib. 

Qeyd edək ki Aleksey Navalnıy Rusiya prezidenti Vladimir Putin və baş nazir Dmitri Medvedev də daxil olmaqla, Kremlin yüksək vəzifəli şəxslərinin korrupsiya əməlləri barədə araşdırmaların nəticələrini paylaşıb.

Aleksey Navalnı mart ayında Rusiyada keçiriləcək prezident seçkilərin öz namizədliyini irəli sürsə də, onun namizədliyi qeydə alınmayıb. Bundan sonra Navalnı əhalini seçkilərə boykota çağırıb və etiraz aksiyalarının təşkilinə başlayıb.

 

Bastainfo.com