Ramiz Rzayev yenidən Ali Məhkəmənin sədri təyin edilib

Ramiz Rzayev Azərbaycan prezidentinin 15 fevral tarixli sərəncamı ilə yenidən Ali Məhkəmənin sədri təyin edilib.

Fevralın 13-də Milli Məclis onu Ali Məhkəmənin hakimi təyin edib.

Rzayev 2005-ci ildən bu vəzifəni tutur, ondan əvvəl isə ölkə baş prokurorunun birinci müavini olub.

Hazırki təyinat hakimlər üçün yaş senzinin 65 yaş olması ilə bağlıdır. Qanun istisna hallarda hakimlərin bu yaşa çatdıqdan sonra yenidən təyin edilməsinə yol verir. Fevralın 25-də Rzayevin 65 yaşı tamam olur, bu səbəbdən o, Ali Məhkəmənin hakimi, daha sonra isə sədri təyin edilib.

 

Bastainfo.com