Azərbaycan və Böyük Britaniya hərbi əməkdaşlıq planı imzalayıb

London şəhərində Azərbaycan və Böyük Britaniya müdafiə nazirlikləri arasında qərargah danışıqları keçirilib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, tədbirdə iki ölkə arasında hərbi sahədə əməkdaşlığın mövcud vəziyyəti, perspektiv istiqamətləri nəzərdən keçirilib, təlim, təhsil, eləcə də regional təhlükəsizlik və digər maraq doğuran məsələlər müzakirə olunub.

Danışıqların yekunu olaraq “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Birləşmiş Krallığın Müdafiə Nazirliyi arasında 2018/2019-cu maliyyə ili üçün hərbi əməkdaşlıq Planı” imzalanıb.

 

Bastainfo.com