“Azərbaycanda qadinlarin iqtisadi səlahiyyətləndirilməsi və bərabərlik hüququnun təmin edilməsində mövcud durum, problemlər və həlli yollari” mövzusunda konfrans keçirilib

Fevralin 12-də Bakida işgüzar qadinlar üçün “Azərbaycanda qadinlarin iqtisadi səlahiyyətləndirilməsi və bərabərlik hüququnun təmin edilməsində mövcud durum, problemlər və həlli yollari mövzusunda konfrans keçirilib.

“Basta” ya verilən məlumata görə, konfrans Avropa Birliyinin dəstəyi və BMT-nin İnkişaf proqramının Demokratiya Monitoru İctimai Birliyinin ekspert qrupu vasitəsilə icra etdiyi “Azərbaycanın Bölgələrində Hüquqi Çərçivə və Qadınların Sosial-İqtisadi Səlahiyyətləndirilməsi Vasitəsilə Gender Bərabərliyinin Təşviq Edilməsi Üçün Genişləndirilmiş Vətəndaş Cəmiyyəti Dəstəyi” proqramı çərçivəsində təşkil edilib. Tədbirə dövlət qurumlarını, parlamenti, vətəndaş cəmiyyətini və özəl sektoru təmsil edən 50-yə qədər iştirakçı qatılıb.

Proqrama daxil olan “Azərbaycanın bölgələrində hüquqi çərçivə və qadınların sosial-iqtisadi səlahiyyətləndirilməsi vasitəsilə gender bərabərliyinin təşviq edilməsi üçün gücləndirilmiş vətəndaş cəmiyyəti dəstəyi” layihəsi üzrə BMT-nin İnkişaf Proqramının Layihə üzrə baş məsləhətçisi, Demokratiya Monitoru təşkilatının rəhbəri Fuad Həsənov layihə və görülmüş işlər barədə məruzə edib.

““Azərbaycanın bölgələrində hüquqi çərçivə və qadınların sosial-iqtisadi səlahiyyətləndirilməsi vasitəsilə gender bərabərliyinin təşviq edilməsi üçün genişləndirilmiş vətəndaş cəmiyyəti dəstəyi” layihəsi çərçivəsində ikin olaraq xüsusən regionlarda qadınların social-iqtisadi səlahiyyətləndirilməsi, diskriminasiyaya məruz qalamama və bərabərlik hüququ sahəsində mövcud durum, milli və beynəlxalq qanunvericiliyin gender aspektlərini ehtiva edən, bu sahədə mövcud problemlər və həlli yollarını araşdıran, dövlət       qurumları və digər maraqlı tərəflərə təklif və tövsiyyələrini verən iki baza təhlili sənədi hazırlanıb.

Bakı və ölkənin 11 regionunu əhatə edən bilik və bacarıqların artırılması təlimləri keçirilib. Təlimlərdə qadınların qərar qəbulu prosesində iştirakı; effektiv vəkillik strategiyaları; qadın sahibkarlığı: biznes prosesinin mərhələləri; maliyyə resurslarına əlçatanlıq və əmək bazarında iştirak; kommunikasiya, İT texnologiyalardan səmərəli istifadə və şəbəkələşmə; diskriminasiayaya məruz qalmama və bərabərlik hüququ mövzusu əhatə edilib. Təlimlər Mingəçevir, Lənkəran və Bakıda təşkil edilib. Bakı, Gəncə, Mingəçevir, Yevlax, Oğuz, Şəki, Balakən, Lənkəran, Masallı, Lerik, Cəlilabad, Yardımlı, Astaradan 110 xanım, ictimai təşkilat fəalı, sahibkar, tibb və təhsil işçisi, media nümayəndəsi, bələdiyyə üzvü, evdar xanım, tələbə iştirak edib.

Ölkənin 10 jurnalisti üçün “Qadınların İqtisadi Səlahiyyətləndirilməsi və Bərabərlik Hüququnun Təmin Edilməsində Medianın Rolunun Artırılması” mövzusunda təlim keçirilib.

Mingəçevirdə 6 bölgənin nümayəndələrinin qatıldığı maraqlı tərəf qruplarının nümayəndələrinin görüşü keçirilərək, regionlarda qadınların social-iqtisadi səlahiyyətləndirilməsi, diskriminasiayaya məruz qalmamamabərabərlik hüququnun durumu  və onların təşviq edilməsi müzakirə edilib, təklif və tövsiyyələr öyrənilib.

“Azərbaycanda qadınların məşğulluq potensialının gücləndirilməsi: imkanlar və problemlər” və “Qadınların maliyyə resurslarına və xidmətlərinə əlçatanlıq imkanları (maliyyə inkluzivliyi) mövzusunda siyastət sənədləri hazırlanıb və bu sahədə maraqlı tərəflərə yönəlmiş siyasət təklifləri hazırlanıb.

İqtisadçılar qrupumuz tərəfindən iqtisadçı ekspertimiz Samil Əliyevin rəhbərliyi ilə Qadinların Səlahiyyətləndirilməsi Indeksi hazırlanmışdır. İndeksin hazırlanması üçün Beynəlxalq indekslər və Azərbaycan            Gender bərabərsizliyini ölçən indekslər qlobal gender fərqi indeksinin metodoloji bazası və ölçmə meyarları əsasında          Azərbaycanın Qlobal Gender Fərqi İndeksində mövqeyi , son 10 ilin nəticələri araşdırılmışdır.

Bundan sonra proqram çərçivəsində Demokratiya Monitoru İctimai Birliyinin mütəxəssi qrupu tərəfindən daha əhatəli hədəf qrupları üçün qadınların səlahiyyətləndirilməsi və bərabərlik hüquququ üzrə bilik və bacarıqların artırılması üçün bir təlim keçirilməsi planlaşdırılır və ayrıseçkiliyə məruz qalmamama, bərabərlik hüququ, məişət zorakılığı ilə mübarizə üzrə mövcud durumun qiymətlındirilməsi, beynəlxalq təçrübə, milli praktika və xüsusiyyətlər, problemlər və həlli yolları mövzusunda siyasət sənədi  hazırlanacaqdır”.

 Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin təmsilçisi, layihə koordinatoru Aleksandra Nerisanu konfrans iştirakçılarını salamlayaraq təmsil etdiyi qurumun Azəbaycandakı prioritetləri barədə danışdı.

“Vətəndaş cəmiyyəti ilə əməkdaşlıq və onlara dəstək Avropa İttifaqının Azərbaycandakı işinin əsas komponentidir. Vətəndaş cəmiyyəti Avropa İttifaqı üçün qadınlar və kişilər arasında bərabərliyin təmin ediməsi üçün vacib tərəfdaş, Avropa İttifaqının siyasi və hüquqi çərçivəsinin  əsas dəyərinin bir hissəsidir.

Avropa İttifaqı üçün qadınların səlahiyyətləndirilməsi demokratiya və yaxşı idarəetmə və yaxşı idarəetmə məsələsidir. Qadınların səslərinin və iştirakçılığının cəmiyyətin bütün səviyyələrində gücləndirilməsi əsaslı müsbət təsirlərə səbəb ola bilər. Gender bərabərliyi insan hüquqularının hamı üçün reallaşdırılması, iqtisadi proqres formulasının bir hissəsi və inkişafın hərəkətverici qüvvəsidir.  Avropa İttifaqı Azərbaycanda müxtəlif maraq qrupları, Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsi, Ombudsman Ofisi, vətəndaş cəmiyyəti təşkilatları, başqa inkişaf üzrə tərəfdaşlarla gender əsaslı zorakılığın ləğvi təşəbbüslərini artırmaq, öz icmalarının sosial-iqtisadi həyatlarında və qərar qəbulu prosesində qadın iştirakçılığını təşviq etmək və gender bərabərliyi gündəliyini irəlilətmək yönündə tərəfdaşlıq edir.

Demokratiya Monitoru İB-yi tərəfindən icra edilən “Azərbaycanın Bölgələrində Hüquqi Çərçivə və Qadınların Sosial-İqtisadi Səlahiyyətləndirilməsi Vasitəsilə Gender Bərabərliyinin Təşviq Edilməsi Üçün Genişləndirilmiş Vətəndaş Cəmiyyəti Dəstəyi”  layhəsi Avropa İttifaqının Azərbaycanda gender bərabərlyinin təşviq edilməsi istiqamətində dəstəklədiyi işlərin mühüm bir hissəsidir”.

BMT-nin İnkişaf Proqramının təmsilçisi, layihə rəhbəri Gülşən Rzayeva Demokratiya Monitoru və BMT İnkişaf Proqramının ekspertləri tərəfindən icra edilən layihənin əhəmiyyəti barədə danışaraq qadınların səlahiyyətləndurilməsi məsələsinin BMT İnkişaf Proqramının əsas prioritetlərindən biri olduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıb. BMT-nin 2030 dayanıqlı İnkişaf Məqsədlərindən biri kimi gender bərabərliyinə nail olmaq, eləcə də bütün qadın və qızların səlahiyyətlərini artırmaq, inklyusiz və keyfiyyətli təhsili təmin etmək və hər kəs üçün davamlı tədris imkanlarını təbliğ etməyin Avropa İttifaqı və BMT İnkişaf Proqramı üçün mühüm əhəmiyyət kəsb etdiyini və bu mənada Demokratiya Monitoru təşkilatının ekspertlərinin həyata keçirdiyi layihənin mühüm önəm daşıdığını konfrans iştirakçılarının diqqətinə  çatdırıb.

Konfransın birinci hissəsi “Qadınların sosial-iqtisadi sahədə səlahiyyətləndiriliməsində dövlətin və ictimai institutların rolu” mövzusunda müzakirəyə həsr olunub. Müzakirə dövlət qurumunu, parlamenti, ombudsman aparatını, özəl sektoru və ictimai təşkilatı təmsil edən beş panelçinin çıxışı ilə başlayıb.

Çıxışçılardan millət vəkili Fazil Mustafa bildrdi ki, qadınlərın iqtisadi azadlığının stimullaşdırılmasının təməl şərti onların əlçatan səviyyədə peşə təhsilinə yiyələnməsindən asılıdır. Bunun üçün də bölgələrdə qadınlar üçün özəl sektorun peşə təmayüllü kolleclərin açılmasına imkan yaradılmalıdır. Qanunla nə qədər gender bərabərliyinə təminat verilsə də, cəmmiyyətin problemə düşüncəsi dəyişməyincə hüquqi tətbiqatda problemlər əvvəlki kimi qalacaq. Təsadüfi deyil ki, məhkəmələrə bu mövzuda müraciətlərin olmaması da söylənilənlərin sübutudur. Digər tərəfdən bölgələrdə qadın sahibkarlığın stimullaşdırılması üçün ciddi vergi güzəştləri düşünülməlidir. Qadın sahibkarlara ayrılan kreditlərin müddətində və faizində stimullaşdırıcı elenentlərin olması vacibdir. Milli qadın sahibkarları assosiasiyasının yaradılması da olduqca müsbət bir faktdır və beynəlxalq təcrübə mübadiləsi üçün bu quruma dövlət tərəfindən yardım göstərilməsi vacibdir.

Ailə, Qadın, Uşaq məsələləri üzrə Dövlət Komitəsi  nümayəndəsi  Taliyə İbrahimova  çıxışında bir sıra statistik məlumatlara istinad edərək son illər qadınların ictimai həyatda rolunun güclənməsini, milli və yerli idarəetmədə payının getdikcə artmasını vurğulayıb.

Ölkədə qadın sahibkarlığının inkişafına xüsusi önəm verilir.  Azərbaycan Respublikasının 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş Strateji yol Xəritəsində bu istiqamətdə xüsusi tədbirlər nəzərəd tutulub. Bu gun sahibkarların 20%-ni qadın sahibkarlar təşkil edir.

Komitənin BMT-nin İP ilə birgə həyata keçiridiyi “Kənd və rayon yerlərində qadınların sosial və iqtisadi həyatda iştirakının təşviqatı”  layihə çərçivəsində 5 rayonda qadın resurs mərkəzləri yaradılıb və bu iş  davam etdirilir. Layihə çərçivəsində qadınların mikro layihələri dəstəklənmiş və yeni sahibkarlıq obyektləri yaradılmışdır.

Cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin aradan qaldırılması üzrə işlək mexanizmlərin yaradılması üçün Komitə tərəfindən “Gender (kişi və qadın) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanununa təkliflər hazırlanır”.

Ombudsman Aparatının eksperti Turan Cahangirova məruzə ilə çıxışında müasir dövrdə Azərbaycanda qadınların ən yaxşı maraqlarının təmin olunmasının prioritet kimi tanındığını vurğulayaraq, bu sahədə aparılan sosial, iqtisadi və hüquqi islahatlar nəticəsində insan hüquqlarının daha səmərəli müdafiəsi, o cümlədən BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyasına uyğun olaraq qadınların vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş bir sıra mühüm qanunların, dövlət proqramlarının qəbul edildiyini, həmçinin ölkəmizin 250-dən çox beynəlxalq konvensiyaya qoşulduğunu, həmin sənədlərin kütləvilik və ictimai iştirakçılıqla həyata keçirildiyini bildirib.

Ölkəmizdə bütövlükdə qadınların hüquq mədəniyyətinin inkişaf etdirilməsi istiqamətində görülmüş işlər diqqətə çatdırılmış, eyni zamanda “Azərbaycan-2020: Gələcəyə baxış” Konsepsiyası və BMT-nin 2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərində (DİM) gender bərabərliyi və qadın hüquqlarının təmin olunması ilə bağlı məqsəd və vəzifələrin əks olunduğu vurğulanıb.

T.Cahangirova dövlət qurumları, vətəndaş cəmiyyəti institutları və icmalarla, habelə beynəlxalq təşkilatlarla və xaricdəki həmkarları ilə işgüzar əməkdaşlıq şəraitində fəaliyyətini davam etdirən Müvəkkilin insan hüquq və azadlıqlarının səmərəli təmin edilməsinə, o cümlədən əhalinin müxtəlif qruplarının problemlərinin həllinə yönəlmiş bir sıra yenilik və təşəbbüslərlə çıxış etdiyini, səlahiyyətli dövlət qurumlarına 600-ə yaxın təklif və tövsiyələr təqdim etdiyini, onların da bir çoxunun artıq icra edildiyini söyləyib. Bununla yanaşı, Ombudsman təsisatı ilə BMT QAK-ın birgə həm paytaxt, həm də regionlarda həyata keçirdiyi “Didərginlik şəraitində qadınların səlahiyyətləndirilməsi” adlı layihənin 2016-2017-ci illər üzrə nəticələrinin geniş təqdimatı keçirilib.

Diqqətə çatdırılıb ki, sözügedən layihə gender bərabərliyinin təmin edilməsi, məişət zorakılığının qarşısının alınması ilə yanaşı, məcburi köçkün qadınların cəmiyyətdə təmsilçiliyinin artırılması, habelə kiçik və orta sahibkarlıq səviyyəsində onların iqtisadi cəhətdən stimullaşdırılması və digər komponentlərdən ibarətdir.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyini rəhbəri Azər Mehtiyev qadınların sosial-iqtisad sahədə səlahiyyətləndirilməsi səviyyəsinin ümumilikdə ölkə vətəndaşlarının səlahiyyətləndirilməsi səviyyəsindən asılı olmasını və bunun üçün ilk növbədə ikincilərin səlahiyyətlərinin artırılmasının vacibliyini bildirib. 

Azərbaycan Qadın Sahibkarlarının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva qadın sahibkarlarının maliyyə resurslarına əlçatanlığı və əmək bazarında iştirakı, şəbəkələşmə məsələlərini iştirakçıların diqqətinə çatdırıb.

Konfransın növbəti hissəsi layihə çərçivəsində aparılmış araşdırmaların nəticələrinə həsr olunub. BMT İP-nin layihə üzrə gender və bərabərlik hüququ eksperti, hüquq elmləri üzrə fəlsəfə doktoru Gülnaz Ələsgərova “Bərabərliķ hüququ, gender yanaşması və qeyri-ayrı-seçkilik daha geniş insan hüquqları çərçivəsində” danışıb. Proqram çərçivəsində aşağıdakı sahələrdə gender-əsaslı təhlil aparıldığını konfrans iştirakçılarınının diqqətinə çatdırmışdır: gender əsaslı zorakılıq, qadın alveri, uşaq nikahları, siyasi və ictimai həyatda qadınlar, təhsil, məşğulluq, səhiyyə, cinsi oriyentasiya və gender identikliyi əsasında ayrı-seçkilik. Ekspert bu sahələrdə həm statistik məlumatlardan, həm də hüquqi müstəvidə məsələlərin tənzimlənməsində olan boşluqlardan və  mütərəqqi hallardan istifadə etmişdir. Müəllif həm rəsmi dövlət statistikasından, həm də beynəlxalq və yerli QHT-lərin və beynəlxalq təşkilatların statistik məlumatlarından istifadə etmişdir. Cari vəziyyətin hüquqi təhlilinə əlavə olaraq, sonda gender bərabərliyinin təmin olunmasında bir sıra təkliflər də verilmişdir.”O çıxışında ayri-seçkiliyin aradan qaldırılmasında munasib tədbirlərin görülməsinin vacibliyi, Azərbaycan üzrə baza təhlili sənədində durum üzrə mühüm tapıntıları iştirakçıların diqqətinə çatdırıb. G.Ələsgərova həmçinin qadınların iş seçimində alternativ imkanların yaradılmasının, onlar üçün məhdudiyyətlərin tətbiqinin əleyhinə olduğunu bildirib.

Demokratiya Monitoru İctimai Birliyi və BMT İnkişaf Proqramının layihə üzrə qadınların səlahiyyətləndirilməsi eksperti Samir Əliyev layihə çərçivəsində hazırladıqları “Qadınların səlahiyyətləndirilməsi üzrə İndeksi” təqdim edib. Onun sözlərinə görə, sənədin hazırlanmasında BMT, Dünya Bankı, Dünya İqtisadi Forumu, Avropa Yenidənqurma və İnkişaf Bankı, İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı tərəfindən dövrü olaraq gender bərabərliyini ölçən indekslər araşdırılıb. Bunun üçün Qlobal Gender Fərqi, Gender Bərabərsizliyi, Gender İnkişafı kimi regional, Gender Bərabərliyi İndeksini, Cənubi Asiya Qadınlarının Möhkəmlilik İndeksini, Afrikanın Gender İnkişafı kimi regional indekslər öyrənilib. Sonda Viskonsin–Madison Universitetinin ekspertlərinin hazırladıqları metodologiya əsas götürülüb və milli İndeks tərtib edilib. Qiymətləndirmə üçün ekspertlər tərəfindən 5 subindeks, 34 indikator tərtib olunub və qiymətləndirilmə aparılıb. Qiymətləndirmənin yekunu olaraq Qadınların Səlahiyyətləndirilməsi İndeksi hesablanarkən Azərbaycanda səlahiyyətəndirmə faizi 33,6% olub ki, bu da metodologiyaya əsasən aşağı səlahiyyətləndirmə kateqoriyasına (21%-40%) daxildir.

Konfransın 3-cü hissəsində “Azərbaycanda qadınların iqtisadi səlahiyyətləndirilməsi və bərabərlik hüququnun təmin edilməsində maraqlı tərəflərin iştirak imkanları” mövzusunda növbəti panel müzakirə aparlıb. Əsas çıxışçılar AR Milli Sahibkarlar Konfederasiyasının qadın sahibkarlarla iş komissiyasının sədri Jalə Hacıyeva, Mingəçevir Media Mərkəzinin rəhbəri Yeganə Nəbiyeva  və Yevlax rayonun icma rəhbəri və  fermer Sonya Ridvanova  maraqlı tərəf təmsilçiləri olaraq gördükləri işlər barədə və qadınların rolunun artırılması barədə təklifləri veriblər.

Konfransda ABŞ və İsveçrə səfirliyinin, Avropa İttifaqı və BMT İnkişaf Proqramının nümayəndələri, vətəndaş cəmiyyəti, dövlət qurumları, özəl sektoru təmsil edən digər iştirakçılar da çıxış dərək fikirlərini konfrans iştirakçıları ilə bölüşüblər. Sonda qərara alınınb ki, səslənən rəy və təkliflər nəzərə alınsın və müvafiq qurumlara göndərilsin.

Bastainfo.com