KXCP növbədənkənar prezident seçkisini boykot etdi

Bugün Ali Məclisin toplantısı keçirilib

Fevralın 17-də Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) Ali Məslisinin toplantısı keçirilib. Ali Məslis 11 aprel növbədənkənar prezident seçkisini müzakirə edib.

Ali Məclis 11 aprel seçkilərini boykot qərarı çıxarıb.

Bu barədə partiyanın sədri Mirmahmud Mirəlioğlu Meydan TV-yə deyib.

Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Azərbaycan Xalq Cəbhəsi adı ilə 1989-cu ildə təşkilat olaraq yaradılıb. 2006-cı ildə Klassik Xalq Cəbhəsi Partiyası kimi təsis olunub, 2007-ci ilin 31 yanvarında Ədliyyə Nazirliyində qeydiyyatdan keçib.

Mirmahmud Mirəlioğlu 2011 və 2015-ci illərdə KXCP-nin keçirilən qurultaylarında sədr seçilib.

Fevralın 5-də dövlət başçısı İlham Əliyev aprelin 11-də növbədənkənar prezident seçkisinin keçirilməsi haqda sərəncam imzalayıb.

Müxalif düşərgədən Müsavat, AXCP, REAL, Nida Vətəndaş Hərəkatı, D18 Hərəkatı seçkini boykot edib.