Əsəd ordusu Afrinə girir: Türkiyə ilə üz-üzə – Son dəqiqə

Əsəd rejiminə bağlı olan qüvvələr yaxın saatlarda Afrinə girəcək.

Axar.az xəbər verir ki, bu barədə Suriya Dövlət Televiziyası məlumat yayıb.

Qeyd edək ki, dünya mətbuatında Əsəd qüvvələrinin Afrinə girməsi ilə bağlı iddialar səslənsə də, hələ ki, Suriya tərəfindən bununla bağlı rəsmi açıqlama verilməmişdi.

Suriyanın Şimalındakı kürd hakimiyyətinə məsləhətçilik edən Badran Jia Kurd adlı səlahiyyətli şəxs Reuters xəbər agentliyinə verdiyi açıqlamada kürd qüvvələri və Dəməşq rəhbərliyinin Suriya ordusunun Afrinə daxil olması üçün razılığa gəldiklərini bildirib.

Bu razılaşmanın əldə olunmasında Rusiyanın vasitəçi olduğu ehtimal edilir.

Buna da bax: Türkiyəyə qarşı çirkin ittifaq – PKK Əsədlə razılaşdı

 

Bastainfo.com