Konqres Kitabxanası hər ay 30 terabayt məqalə arxivləşdirir

ABŞ Konqresinin karküzarlıq ehtiyaclarına xidmət göstərmək üçün 1800-cü ildə təsis olunan Konqres Kitabxanasında 6 487 kitab toplusundan hazırda 16 milyondan çox kitab kolleksiyasına qədər böyüyüb. Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi facebook səhifəsində yazıb.

Amerikanın Səsinin məlumatında deyilir ki, kommunikasiya vasitələrinin çapdan rəqəmsal aləmə keçid almasını nəzərə alaraq, Konqres Kitabxanası bloq yazıları, xəbərlər, qeydlər və sosial media məzmunlarını ictimai arxivə toplamağa başlayıb.

Bütün bu arxivləşdirilmiş İnternet məzmunu dünya üzrə bütün istifadəçilərə açıqdır.

“Kitabxanada hər ay təxminən 30 terabayt həcmində internet məzmunu arxivləşdirilir, bu da öz növbəsində 2000-ci ildən etibarən ümümi 1 300 terabayt edir”, məlumatda qeyd edilir.

 

Bastainfo.com