Azərbaycan məhkəməsində barələrində bəraət qərarı çıxan Türkiyə vətəndaşları qaçırıldı – Foto

Azərbaycanda “Gülən camaatına” mənsub olduqları qərarı ilə ittiham olunan iki nəfər Türkiyə vətəndaşının lehinə məhkəmə qərarı çıxarılsa da, məhkəmənin arxa qapısından qaçırıldılar.

“Basta” xəbər verir ki, bu barədə Türkiyənin aktifhaber.com saytı məlumat yayıb.

Xəbərdə deyilir ki, “Hizmət hərəkatı”nın üzvüləri olduqları etimal olunduğundan məhkəməyə çıxarılan Türkiyə vətəndaşları Ayhan Seferoğlu və Erdoğan Taylan məhkəmənin evakuasiya qərarı verməyinə baxmayaraq, arxa qapıdan qaçırılıblar.

Məlumatda qeyd olunur ki, 15 İyun darbəsindən sonra Ərdoğan rejimi xarici dövlətlərdə “Gülən camaatı” na bağlı adamları yandaşlarının və bəzi qrupların köməyi ilə tutub Türkiyəyə təslim etdirir.

Bu qaçırılma hadisəsində də Ərdoğan iqtidarının barmağı olduğu etimal olunur.

Ayhan Seferoğlunun 3, Erdoğan Taylanın 4 övladı var. Ailəsi onlardan hələ də, soraq ala bilmədiyini bildirir.

 

Könül Alı

Bastainfo.com