Moskva polisi azərbaycanlı bloqerin evinə basqın etdi – VİDEO

Azərbaycanlı bloqer Hüseyn Həsənov Moskvada polis tərəfindən saxlanılıb. 

Oxu.Az xəbər verir ki, o, “Instagram” hesabında paylaşdığı videoya görə polis şöbəsinə aparılıb. 

Bankda oğurluq edəcəyi barədə yumoristik video çəkən və həmin görüntüləri sosial media hesabında yayımlayan Hüseynin yaşadığı mənzilə paylaşımdan sonra polislər basqın edib.

Onlar öncə mənzildə axtarış aparıb, daha sonra Hüseyn və dostunu polis şöbəsinə apararaq dindiriblər.

Qeyd edək ki, “Instagram”da 4,5 milyon izləyicisi olan video-bloqer cinayət haqqında yalan informasiya yaymaqda ittiham olunur.