Bayıldakı sürüşmə ilə bağlı cinayət işi açıldı

Bayıl yamacında baş verən sürüşmə ilə bağlı cinayət işi başlanılıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Oxu.Az-a bildirib ki, faktla bağlı Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. 

Zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.