ATƏT-in missiyası müxalifət təmsilçiləri ilə görüşdü

Bu gün ATƏT-in Demikratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) nümayəndələri müxalifət təmsilmiləri ilə görüşüb.

Bu haqda “Basta”ya Müsavat Partiyasının mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, ATƏT-in Bakı ofisində keçirilən görüşdə Müsavat başqanı Arif Hacılı, AXCP sədri Əli Kərimli, Milli Şuranın sədri Cəmil Həsənli, ReAl təmsilçisi Natiq Cəfərli və VHP sədri Sabir Rüstəmxanlı iştirak ediblər.

ATƏT missiyasının tərkibində isə DTİHB-nin təmsilçiləri Aleksandr Şlık, Anna Rusu, Radivoj Qrijiç, eləcə də ATƏT-in Parlament Assambleyasının üzvü İrina Sabaşuk iştirak ediblər.

Görüşdə Azərbaycanda aprelin 11-nə təyin olunan növbədənkənar prezident seçkiləri, ölkədəki ictimai-siyasi durum, siyasi məhbuslar və digər məsələlər müzakirə olunub.

 

Bastainfo.com