Müsavatın iki təşkilatında zona müşavirəsi keçirildi

Müsavatın Göyçay və Kürdəmir təşkilatlarının birgə zona müşavirəsi keçirilib.

Müsavat başqanının müavini Razim Əmiraslanlının “Basta” ya verdiyi məlumata görə müşavirədə ölkədəki ictimai-siyasi vəziyyət, rayon təşkilatlarının qarşısında duran vəzifələr müzakirə edilib və müvafiq tapşırıqlar verilib.

Müşavirədə Müsavat Partiyası İcra Aparatının rəhbəri Gülağa Aslanlı, Divan üzvü Rafiq İsmayıl, MNTK üzvü Əli Həsənli iştirak edib.

Müşavirə Göyçay şəhərində keçirilib.

 

Bastainfo.com