Birləşmiş Krallığın təhlükəsizlik rəsmiləri rusiyalı casusla bağlı təcili toplantı keçirib

Britaniya hökümətinin təhlükəsizlik nazirləri Britaniyanın xeyrinə casusluq edən rusiyalının İngiltərədə zəhərlənməsinin tədqiqatını müzakirə etmək üçün təcili toplantı keçirib.

Amerikanın Səsinin xəbərinə görə, Daxili İşlər Naziri Amber Rudun sədrlik etdiyi şənbə günü iclasında sonuncu polis və kəşfiyyat hesabatları dinlənilib.

Polis Rusiya hərbi kəşfiyyat rəsmisi Sergey Skripal və onun qızı Yuliyaya edilən müəmmalı hücumun sirrini açmağa kömək edəcək faktlar tapmağa çalışır.

Skripal və onun qızı keçən bazar günü huşsuz vəziyyətdə Salisböridə, Eyvon çayı sahilindəki skamyada tapılıblar. Hər ikisi hal-hazırda kritik vəziyyətdə yeri xəstəxanada yerləşdiriliblər. Rəsmilərin bildirdiyinə görə, onlara qarşı sinir sisteminə təsir edən nadir zəhərdən istifadə edilib.

Polis Skripalın həyat yoldaşının və oğlunun qəbirlərinin yaxınlığında, Skripalın evində, onun olduğu restoran və pablarda axtarışlar həyata keçirir.

 

Bastainfo.com