Çin prezidenlik müddətini ləğv etdi

Washington Post  xəbər verir ki, BEIJING – Çinin Milli Xalq Konqresi prezidentlik müddətinin ləğv edilməsi layihəsinə  səs verib və prezident Xi Jinpingin səlahiyyətlərinin  qeyri-müəyyən müddətə uzadılmasını mümkün hesab edib.

Tiananmen Meydanının qərb kənarındakı Pekin Böyük Salonunda 2,964 nəfərdən konstitusiya dəyişikliyinin lehinə 2,958 səs verilib.

Bu, Çinin tək rəhbərlik dövrünə qayıda biləcəyinin sübutudur.

Baş vermiş hadisə Kommunist partiyasının nəzarətində olan mətbuatın konstitusiya dəyişikliyindən verilən “xalqın qəlbini qazandı” kimi xəbərlərə  baxmayaraq, güclü bir siyasətə geri dönmə mövzusunda ictimai narahatlığın yaranmasına səbəb olub.

“Bu, tarixi bir geriləmədir” deyə, Çin “Gündəlik Gənclər” qəzetinin keçmiş redaktoru Li Datong bildirib.

“Tarix boyunca yalnız Çin imperatorları və Mao Zedong ömür boyu vəzifədə qalmışdılar”, – Li deyib,- “bu, cəmiyyət üçün  fəlakət və xeyli ağrılı dərs oldu”.

Pekinin əsas siyasi şərhçisi Çang Lifan: “Çin Mao dövrünə geri dönür”.

Bu hərəkət 1949-cu ildən 1976-cı ilə qədər Kommunist Partiyasının sədri olan başqa bir Mao Zedongun yüksəlməsinin qarşısını almaq üçün 1982-ci ildə Deng Xiaoping tərəfindən qoyulmuş bir sistemə son qoyur.

“Bir millətin konstitusiyası ən güclü şəxs tərəfindən öz iradəsinə uyğun olaraq düzəliş edilə bilərsə, konstitusiya əsl konstitusiya deyil”,- deyə Pekin Universitetinin hüquq professoru He Veifang bildirib.

Heybət Əmrah

bastainfo.com