Kim Çen İn tərksilaha razıdır

Şimali Koreyanın lideri Kim Çen İn nüvə sınağından imtina etməyə hazırdır. Bu barədə Cənubi Koreya prezidentinin təhlükəsizlik məsləhətçisi Chon Yi Yong məlumat yayıb,- TASS xəbər verir.

“Prezident Trampa dedim ki, Şimali Koreya lideri Kim Çem İn ilə görüşümüz zamanı o, denuclearizasiyaya (tərksilah) sadiq olduğunu bildirmişdir. Kim Şimali Koreyanın daha çox nüvə və raket sınaqlarından çəkinəcəyini vəd etdi”, – o deyib.

Eyni zamanda, Kim amerika lideri tezliklə görüşməyə razılıq verib. Buna cavab olaraq, Tramp, bu ilin may ayına qədər KXDR başçısı ilə görüşəcəklərini söyləyib. Bu xəbər Ağ Evin mətbuat katibi Sara Sanders tərəfindən də təsdiqlənib.

Əgər KXDR xarici təhdidlərdən etibarlı təminat ala bilsə, ölkə nüvə proqramından imtina edə bilər, – xəbərdə deyilir.

 

Heybət Əmrah

Bastainfo.com