“Mitinqlərdə bütün resurslar hərəkətə gətirilməlidir”

Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda əvvəlcə görülən işlər və qərarların icrası barədə Divan üzvü G.Aslanlı  məlumat verib.

Məclisin sədri N. Sadıxlının  başqan A.Hacılı və başqa partiya funksionerləri ilə birlikdə Siyəzən şəhərində yaşayan istiqlalçı millət vəkili Məryəm Həsənovanı ziyarət etmələri haqqında məlumatı dinlənilib.

Keçirilmiş zona müşavirələri haqqında məlumat verilib və planlaşdırılan növbəti müşavirələrin müddəti müəyyənləşdirilib.

Gündəliyin ictimai-siyasi məsələlərə dair bölümündə martın 10-da keçirilmiş etiraz aksiyası barədə fikri mübadiləsi aparılıb. Qeyd olunub ki, hakimiyyətin bütün maneələrinə baxmayaraq, mitinq uğurlu alınıb. Müsavat Partiyasının gələcəkdə keçiriləcək birgə mitinqlərə hazır olduğu qeyd edilib və daha güclü mitinqlərin baş tutması üçün partiyanın bütün resurslarının hərəkətə gətirilməsinin vacibliyi vurğulanıb.

Divan iclasında dünyada gedən siyasi proseslər və baş verən hadisələr haqqında fikir mübadiləsi aparılıb.

 

Bastainfo.com