Yaxın Şərq və Cənubi Avropada ilk pilot qadın azərbaycanlı olub

Leyla Məmmədbəyova 1931-ci ildə ilk uçuşunu həyata keçirib

Yaxın Şərq və Cənubi Avropada ilk təyyarəçi qadın azərbaycanlı olub.

ABŞ-ın Azərbaycandakı səfirliyi Facebook səhifəsində bu barədə məlumat yayıb.

Məlumatda deyilir ki, Leyla Məmmədbəyova Azərbaycanda, Qafqazda, Cənubi Avropada və Yaxın Şərqdə ilk qadın pilot olub.

“1909-cu il təvəllüdlü Məmmədbəyova 1931-ci ildə ilk uçuşunu həyata keçirib və 10 il ərzində Sovet ordusunda aviasiya mayoru olub. O həmçinin Cənubi Avropadan Mərkəzi Asiyaya tək uçan ilk qadın pilot olub. Onun cəsarəti və ilhamı stereotipləri qırmağa və Sovet İttifaqında tanınmasına kömək edib. Ona “səmanın xanımı” adı verilib. Məmmədbəyova həmçinin İkinci Dünya Müharibəsində döyüşən minlərlə paraşütçüyə təlim verib. Bütün bunlarla yanaşı o, 6 uşaq böyüdüb”, məlumatda qeyd edilir.

 

Amerikanın Səsi