Afrin mühasirədə: Türk ordusu Suriyada 1100 kvadrat kilometr ərazini nəzarətə götürdü

Türkiyə və ABŞ təhlükəsizliyi birgə təmin edəcəklər

Türkiyə mətbuatının ordu rəhbərliyinə istinadən yaydığı xəbərə görə, bu gün Türkiyə Silahlı Qüvvələri Afrin şəhərini tam mühasirəyə alıb.

Daha əvvəl verilən xəbərdə qeyd edilirdi ki, YPG Manbiç şəhərini tərk etməyə başlayıb. Terrçuların Manbiçi boşaltmasından sonra bura Türkiyə və ABŞ qoşunları birgə daxil olacaq və ərazidə təhlükəsizliyi təmin edəcəklər. Bu haqda Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu açıqlama verib. 

Bildirilir ki, Türkiyə Suriyanın şimalında ümumilikdə 1100 kvadrat kilometr ərazini nəzarətə götürüb. Bu ərazidə 5 rayon mərkəzi, 151 kənd və 31 strateji əhəmiyyətli yüksəklik mövcuddur.

 

Bastainfo.com