Anqela Merkel 4-cü dəfə Almaniyanın kansleri seçildi

Almaniya Bundestaqı Xristian Demokrat İttifaqının lideri (2000) və Almaniya Federativ Respublikasının Federal Kansleri (2005) Anqela Merkeli yenidən Almaniyanın kansleri seçdi.

“Basta” “İNTERFAX.RU” ya istinadən xəbər verir ki,  seçki zamanı 364 millət vəkilinin səsini alan Merkelə  315 millət vəkili əlehinə səs verdi, 9 millət vəkili bitərəf qaldı.

Nəticədə Anqela Merkel 4-cü dəfə Almaniyanın Kansleri vəzifəsinə seçildi.

Məlumata görə Merkel Alman nazirlər heyyətinin ilk toplantısını çərşənbə günü keçirəcək.

 

Könül Alı

Bastainfo.com