APA-nın daha bir əməkdaşı Almaniyadan siyasi sığınacaq istədi

APA-nın əməkdaşı Şəhriyar Əlizadə Avropaya mühacirət edib.

Etibarlı mənbənin “Basta”ya bildiridiyinə görə o, bir günlük işə gəlməmək üçün rəhbərlikdən icazə alıb. Bundan iki gön sonra isə onun Amaniyada olduğu və siyasi sığınacaq istədiyi məlum olub.

Məlumatda qeyd edilir ki,  Ş. Əlizadə APA Holdinqin Avropaya üz tutan artıq dördüncü əməkdaşıdır.

 

Bastainfo.com