Merkel Rusiya qazından imtina proqramını imzaladı

Avropada Rusiya enerji resurslarının böyük alıcısı Almaniya  öz enerji  siyasətinə yenidən baxmaq qərarına gəlib.

Müvafiq proqram kansler Angela Merkel tərəfindən koalisiyaya getdiyi Demokrat Partiyası ilə razılaşdırılıb.

3 aylıq danışıqlardan sonra razılaşdırılmış sənəd 14 martdan işinə  başlayacaq yeni Nazirlər Kabinetinin əsas fəaliyyət proqramıı olacaq. Yenilənməyə  karbohidrogen yanacağının sürətlə ləğv edilməsi və onun tədarük mənbələrinin diversifikasiyası daxildir.

Deutsche Welle xəbər verir ki, növbəti 12 ilin planına görə Almaniyada  günəş, külək və biokütlə enerji istehsalı payı iki dəfə artırılacaq. Yeni mənbələr artıq indi enerji istehlakının 33% -ni təmin edir və 2030-cu ilə qədər bu rəqəm 66% -ə çatmalıdır.

Növbəti 2 il ərzində külək təsərrüfatları və günəş panelləri vasitəsilə elektrik istehsalı 8 heqаvat artacaq.  7-8 nüvə elektrik stansiyalarının tikintisinə başlanılacaq.

İlk zərbə Rusiyanın kömür mədənçilərinə dəyəcək.  Almaniya Rusiya kömürü üçün ən böyük ixrac bazarıdır. Almaniya hökuməti ilin sonunadək kömürlə işləyən elektrik stansiyalarından tamamilə imtina edilməsinə dair plan hazırlayır. Karbon-dioksid qazı buraxan ən qədim və ən zərərli elektrik müəssisələri 2019-cu ildən etibarən bağlanılacaq.

Sonrakı “bıçaq altında” olan müəssisələr qazla işləyən elektrik stansiyaları olacaq.  Bu stansiyalar hazırda  Almaniyanın enerji ehtiyacının 12% -ni təmin edir.

Elektrik stansiyaları üçün qaz turbinləri və digər avadanlıqlar istehsal edən  Siemens şirkətinin direktoru Joe Kaeser deyib: “2014-ci ilin  yanvar ayından satış əvvəlki dövrlərlə müqayisədə demək olar ki, 2 dəfə azalıb. Şirkət  6000 iş yerini ixtisar etmək məcburiyyətində qalıb”.  

Almaniyanın Rusiya ilə Şimal Axını-2 qaz kəməri ilə bağlı əməkdaşlığının inkişafı haqqında söhbət belə gedə bilməz.  Əksinə, sözügedən sənədə əsasən, Almaniyanın tədarük mənbələrinin diversifikasiyası  hədəflənir.

Almaniya Rusiya üçün əsas ixrac bazarıdır – 2017-ci ildə bu ölkəyə 53,4 milyard kubmetr qaz ixrac edilib, bu,  AB-nə qaz ixracının  27%-i təşkil edir.

Heybət Əmrah

Bastainfo.com