Tereza Mey bu gün Rusiyaya qarşı sanksiyalar təklifi ilə çıxış edəcək

Rusiya prezidenti Vladimir Putinə verilən ultimatumun vaxtı başa çatdı.

Britaniyanın baş naziri Tereza Mey-in keçmiş casus Sergei Skripal və qızına qarşı istifadə olunmuş zəhərin Rusiyadan gəlməsinə dair ciddi şübhələrin olmasını bildirərək, rəsmi Moskvaya bu məsələ ilə bağlı izahat üçün iki gün vaxt vermişdi.

Bundan sonra Rusiya xarici işlər naziri Serqey Lavrov bu işdə Moskvanın əli olmasını inkar edib. 

Bu gün Tereza Meyin Putin rejiminə qarşı tədbirlər planı təklifi ilə çıxış edəcəyi bildirilir. “The Guardian” qəzetinin yazdığına görə, Britaniyanın baş naziri bu gün  Milli təhlükəsizlik şurasının iclasını keçirəcək və Rusiya hökumətinə qarşı sanksiyalar təklifini açıqlayacaq.

Qeyd edilir ki, Tereza Mey bu məsələdə dəstək üçün ABŞ prezidenti Donald Trampa, NATO və Avropa Birliyi ölkələrinə, o cümlədən Almaniyanın kansleri Angela Merkelə şəxsən müraciət edib.

 

Bastainfo.com