ABŞ Dövlət Departamenti Putinin Krıma səfərini pislədi

ABŞ Dövlət Departamenti Rusiya prezidenti Vladimir Putinin Krıma səfərini pisləyən bəyanat yayıb.

“Krım Ukrayna ərazisidir” adlı sənəddə qeyd edilir ki, “Putin Krımda keçirdiyi mitinqdə Rusiyanın Ukraynaya qanunsuz ərazi iddialarını təkrarlayıb”.

 

Dövlət Departamenti Krımda keçirilən referendumun qanunsuz olduğunu, burada hər kəsin Rusiya əsgərlərinin nəzarəti altında səs verdiyini də xatırladıb.

 

Bastainfo.com