ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi

Amerika Birləşmiş Ştatlarının Maliyyə Nazirliyi Rusiyaya qarşı sanksiyaların siyahısını genişləndirib.

Bu haqda marın 15-də ABŞ Maliyyə Nazirliyinin saytında malumat yayılıb. ABŞ Maliyyə Nazirliyi bu ölkədə keçirilən son prezident seçkiləinə Kremlin maraqlarına uyğun olaraq müdaxilə etmək üçün troll və kiber hücumlar təşkil edən Rusiyalı fiziki şəxslərin siyahısını açıqlayaraq, onları sanksiya siyahısına əlavə edib. Bu hucumu təşkil edənlər, sosial şəbəkədə trollar vasitəsi ilə prezidentliyə namizəd Hillari Klintonun əleyhinə, onun rəqibi olan Donald Trampın isə lehinə təbliğat aparır, demokratların ayrı-ayrı saytlarını kiber hücumlar vasitəsilə iflic edirlərmiş.  

Qeyd edək ki, bu il yanvarın 30-da Putinin yaxın ətrafında olan 210 məmur və oliqarxa qarşı sanksiyalar tətbiq edilib.

ABŞ Maliyyə Nazirliyinin bu dəfəki siyahısında Putinin aşpazı olan Yevgeni Priqojinin adına rəsmiləşən Konkord İnternet-araşdırmalar agentliyi də daxildir. Bu agentlik dünyada “Putinin trollar fabriki” kimi tanınır.