Azərbaycanda insan orqanı alveri ilə məşğul olan dəstə saxlanıb

Azərbaycanda insan orqanı alveri ilə məşğul olan dəstə saxlanıb, Dövlət Təhlükəsizlik Xidməti bildirib.

Qurumun yaydığı məlumatda deyilir ki, vətəndaşlara qarşı müxtəlif cinayət əməlləri törədən, digər şəxslərlə, o cümlədən xarici ölkə vətəndaşları ilə birgə Azərbaycan vətəndaşlarının orqanlarının xaricdə transplantasiyası üçün ölkədə alqı-satqısını təşkil edən şəxs cinayət məsuliyyətinə cəlb edilib.

Həmin şəxs Azərbaycan vətəndaşı Vahid Xudadatovdur, DTX açıqlamasında bildirib. Qurumun məlumatına görə, onunla işbirliyində şübhəli bilinən şəxslər də istintaqa cəlb edilib.

Cinayət əməlləri nəticəsində orqanları alqı-satqı obyekti olmuş şəxslər həkim nəzarətinə götürülüb, DTX bildirir.

Vahib Xudadatovun ona qarşı irəli sürülən ittihamı qəbul edib-etmədiyi hələlik məlum deyil, – BBC azərbaycanca xəbər verir.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.