ATƏT-in müşahidə missiyasının rəhbəri Arif Hacılı ilə görüşdü

Bu gün Müsavat Partiyasının başqanı Arif Hacılı ATƏT Parlament Assambleyasının Müşahidə Missiyasının rəhbəri Korin Yonker və missiyanın təmsilçilərindən biri Dan Redfordla görüşüb. 

Bu haqda “Basta”ya Müsavat Partiyasının mətbuat xidmətin məlumat verilib.

Müsavat Partiyasının mərkəzi qərargahında baş tutan görüşdə aprelin 11-nə təyin olunmuş növbədənkənar prezident seçkiləri, ölkədəki ictimai-siyasi vəziyyət, seçkiqabağı şərait, sərbəst toplaşma, söz və ifadə azadlığı, siyasi məhbuslar və digər sahələrdə mövcud olan problemlər müzakirə olunub.

 

Bastainfo.com