Rusiya cavab tədbirinə əl atdı – Britaniya XİN-i bəyanat yaydı

Rusiyanın Xarici İşlər Nazirliyi 23 diplomatının qovulmasına cavab olaraq, eyni sayda ingilis diplomatının bir həftə ərzində ölkəsindən çıxarılacağını bəyan edib.

İngilis Xarici İşlər Nazirliyi isə Rusiyanın bu addımını şərh edərkən “belə bir cavab gözlənilirdi” açıqlamasını verib. Eyni zamanda, “Milli Təhlükəsizlik Şurası önümüzdəki həftənin başında toplanaraq “növbəti addımları nəzərdən keçirəcək.” – bəyanatını verib.

Bəyanatda deyilir ki, “Rusiya tərəfinin günahına cavabın bu cür verilməsinin alternativi yox idi. Qeyd edilir ki, ölkələr arasında  bütün danışıqların ləğv edilməsi Britaniyanın marağında deyil.

“Rusiya tərəfinin hərəkətlərinin ölçüb-biçməsi, beynəlxalq öhdəliklərinin yerinə yetirməsi  üçün hələ vaxtı var”, – bəyanatda deyilir.  

Britaniya 55 yaşlı keçmiş rusiyalı casus Sergei Skripal və onun 33 yaşlı qızı Yulia-nın sinir qazıyla zəhərlənməsi arxasında Rusiyanın durduğunu bildirir. Bu güclü kimyəvi maddə Sovet İttifaqında hazırlanıb.

Skripallar martın 4-də Solsberidə ticarət mərkəzinin yanında skamyada huşsuz vəziyyətdə tapılıblar. Onlar hazırda xəstəxanada ağır durumdadırlar.

İstefada olan Rusiya hərbi kəşfiyyat polkovniki Skripal 2006-cı ildə Moskva hərbi məhkəməsində “vətənə xəyanət”də, sirləri Britaniya kəşfiyyat orqanlarına ötürməkdə təqsirli bilinib. O, 2010-cu ildə Birləşmiş Ştatlardan saxlanmış 10 rusiyalı agentlə dəyişdirilmiş 4 rusiyalı məhkumdan biri idi.

Martın 15-də Birləşmiş Ştatlar, Fransa və Almaniya liderləri Britaniyayla birgə bəyanat yayaraq casusun zəhərlənməsini “Britaniyanın suverenliyinə hücum” adlandırıblar.

Heybət Əmrah

bastainfo.com