Arif Hacılı: “Türkiyənin haqqı idi”

Müsavat başqanı Arif Hacılı Türkiyə silahlı qüvvələrinin Afrini tam olaraq nəzarətə götürməsi xəbərinə münasibət bildirib.

Müsavat başqanı bu barədə öz “Facebook” səhifəsində status yazıb.

“Afrin azad edildi. 

Türkiyə ordusunun bu zəfəri Çanaqqala zəfərinin ildönümünə təsadüf etdi. 

Sərhədlərində qanunsuz silahlı birləşmələrin, terror qruplarının nəzarəti altında olan əraziləri nəzarət altına almaq Türkiyənin haqqı idi. 

Şərəfli Türkiyə ordusu ən az itkilərlə buna nail oldu.

Başlıcası, hədəf etnik təmizləmə, insanların milli mənsubiyyətinə görə məhv edilməsi, ildırım sürətli qələbə deyildi.

58 gün davam edən “Zeytun budağı” əməliyyatında əsas diqqət Türkiyə ordusunda və yerli mülki əhali arasında itkilərin mümkün qədər az olmasına yönəlmişdi.

Türkiyənin bu zəfərinə sevinir, qardaşlarımızı bu zəfər münasibəti ilə təbrik edirik.

Türkiyə sınırlarında qanunsuz silahlı birləşmələrin nəzarəti altında olan ərazilər hələ çoxdur. 

Uğurlarımız davamlı olsun!”Arif Hacılı adlı şəxsin şəkli.

 

Bastainfo.com