Milliyyətçilər Kiyevdəki Rusiya səfirliyinin qarşısında piket keçirdi – Foto/Video

Bu gün Rusiyada prezident seçkisi keçirilir. 

“Basta” xarici mətbuata istinad edərək bildirir ki, Rusiyanın Kiyevdəki səfirliyində də, seçkilər keçirilir. Buna baxmayaraq Kiyevdə yaşayan milliyyətçi rusiyalılar səfirliyə yaxın buraxılmır. Buna etiraz edən milliyyətçilər səfirliyin qarşısında piket keçirib. 

Qeyd edək ki, milliyyətçilər Rusiya səfirliyinin qarşısında Putinin heykəlinin də, açılışını ediblər. 

Rusiyanın Ukraynadan ilhaq etditi Krımda seçki müşahidəçisi qismində Putinə yaxın bir neçə avropalı siyasətçi iştirak edir. Avropa İttifaqı və ATƏT Krıma müşahidəçi göndərməkdən imtina edib, çünki onlar bunun Rusiyanın işğalını legitimləşdirəcəyindən çəkinib.

 

Könül Alı

Bastainfo.com