Müsavat 3 rayonda müşavirə keçirdi

Bu gün Müsavat Partiyası Salyan, Şirvan, Hacıqabul rayon təşkilatlarında zona müşavirəsi keçirilib.

Müsavat başqanının müavini Razim Əmiraslanlının “Basta” ya verdiyi məlumata görə, müşavirədə ictimai-siyasi vəziyyet, müxalifətin 31 mart tarixinə teyin etdiyi birgə mitinqə hazırlıq, təşkilatların qarşısında duran vəzifələr müzakirə edilərək  müvafiq tapşırıqlar verilib.

Məlumata görə, müşavirənin işində Başqan müavini Razim Əmiraslanlıı, Təşkilat Departamentinin müdiri Söhrab Məhərrəmli və Partiya fəalı Sadiq Abdullayev iştirak ediblər.Razim Əmiraslanli adlı şəxsin şəkli.

Razim Əmiraslanli adlı şəxsin şəkli.

 

Bastainfo.com