Rusiya BMT Təhlükəsizlik Şurasından çıxarılır

Qərb Rusiyanı BMT Təhlükəsizlik Şurasından çıxarmaq üçün hərəkətə keçib.

Bu barədə Rusiya Federasiya Şurasının iqtisadi komitəsinin sədr müavini Sergey Kalaşnikov bildirib.

Böyük Britaniyanın hökumət başçısı Tereza Mey Skripal iddiası ilə əlaqədar olaraq BMT Təhlükəsizlik Şurası çərçivəsində Rusiyaya qarşı beynəlxalq tədbirlərin qəbul edilməsinə ümüdlüdür. Moskva ilə diplomatik əlaqələrin səviyyəsinin azaldılması da nəzərdə tutulur.

Kalaşnikovun sözlərinə görə, Qərb Rusiyanı BMT Təhlükəsizlik Şurasından atmaq üçün güclü  fəaliyyətə keçib.

Kalaşnikov İkinci Dünya müharibəsindən sonra SSRİ-nin bu strukturun üzvü olduğunu xatırladıb. “İndi Rusiya Qərb ölkələrini daha çox narahat edir və ölkəmizə edilən bütün hücumlar bununla bağlıdır”, – politoloq bildirib.

Kalaşnikovun sözlərinə görə, Qərb ölkələri təşkilatda islahatlar aparacaqlar, və nəticədə qeyd edilən ssenarinin həyata keçirilməsinə çalışacaqlar.

Rusiya dövlət aktivlərinin Britaniya hakimiyyət orqanları tərəfindən həbsi mümkünlüyünü  Kalaşnikov “ictimai aktivlərdə diplomatik toxunulmazlıq yoxdur, Britaniya qanunları bunu etməyə imkan verir” –deyə şərh edib.

Rusiyanın BMT Təhlükəsizlik Şurasından çıxarılması fantastik görünsə də, mümkündür “, – Rusiya Federasiyası hökuməti yanında Maliyyə Universitetinin Sosiologiya və Siyasi Elmlər fakültəsinin dekanı Aleksandr Şatilov deyir, – Qərb Rusiyanın dünya siyasətinə təsirinin artdığını başa düşür  və bütün digər tədbirlər nəticə vermirsə, əlbəttə,  belə bir tədbirə ən həssas vəziyyətdə gedəcək.

Əlbəttə ki, bu, sabah və ya birisi  gün baş verməyəcək, lakin belə bir inkişaf istisna deyil. Qərb Rusiya ilə ümumi qarşıdurmaya yönəlib. Bütün istiqamətlərdə  təzyiq var.

Digər tərəfdən, Yalta-Potsdam sistemi BMT-nin daimi üzvlərinin birtərəfli çıxarılmasını nəzərdə tutmur. Hər hansı bir məsələ üzrə tam konsensus olmalıdır. Yəni, Rusiya özü də Təhlükəsizlik Şurasından çıxarılmasına səs verməlidir, – Şatilov əlavə edib.

Heybət Əmrah

bastainfo.com