Rusiya zəhərlənmə ilə bağlı yeni fərziyyələr irəli sürür

Britaniya və Rusiya arasında Britaniyada keçmiş rusiyalı casusun zəhərlənməsi ilə bağlı mübahisə artıb. Belə ki, Kreml 23 britaniyalı diplomatı ölkədən çıxardığını elan edib. Daha sonra isə Rusiya xarici işlər nazirliyi zəhərli maddənin mənbəyi ilə bağlı yeni fərziyyə irəli sürüb.

Rusiya xarici işlər nazirliyi Britaniyanın Sergey Skripal və qızının zəhərlənəməsində istifadə olunduğunu dediyi Noviçok maddəsinin mümkün mənbəyininin dörd ölkədən biri olduğunu bildirib. Bu siyahının ən başında Britaniya özü yer alıb. Digər üç ölkə isə Slovakiya, Çex Respublikası və İsveçdir.

Mariya Zaxarova
Mariya Zaxarova

Rusiyada keçirilən prezident seçkilərindən öncə Rusiya dövlət televiziyasında yayımlanan müsahibəsində xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova Britaniya da daxil olmaqla hər dörd ölkənin Noviçokla bağlı “hərtərəfli araşdırma” apardığını deyib, amma bu iddialarına dair heç bir sübut təqdim etməyib.

Çexiyanın xairici işlər naziri Martin Stropniki Zaxarovanın iddialarını rədd edib və “Biz Noviçokun mənbələri ilə bağlı bu əsassız bəyanatı rədd edirik,” deyib.

Britaniyalı qanunvericilər və təhlilçilər Britaniya baş naziri Teresa Meyi Rusiya prezidenti Vladimir Putinə yaxın plutokratların Britaniyadakı aktivlərini ələ keçirməyə çağırıb.

Britaniya diplomatlarınının Rusiyadan çıxarılmasına dərhal cavab verilməsini istəyən qanunvericilər deyir ki, Rusiyanın baş nazirinin birinci müavini İqor Şuvalovun adına qeydiyyatdan keçmiş şirkətlərin sahib olduğu əmlaklar, eləcə də Chelsea futbol klubunun sahibi oliqarx Roman Abramoviçin Londonda yerləşən 150 milyon dollar dəyərindəki evi hədəf alınmalıdır.

Kremlin şənbə günü britaniyalı diplomatları ölkədən çıxaracağı gözənilirdi, çünki ondan bir neçə gün öncə Britaniya eyni sayda rusiyalı diplomatı ölkədən çıxardığını elan etmişdi. Bu həftənin ortalarında Britaniya baş naziri Putinin bir zamanlar açıq şəkildə öldürməyi vəd etdiyi casus Skripal və onun qızına qarşı əsəb-sinir sisteminə təsir göstərən maddə ilə hücumuna cavab olaraq Rusiyaya qarşı bir sıra tədbirlər açıqlayıb. London bu hücumun Kremlin göstərişi ilə həyata keçirildiyini iddia edir.

Aktivlər hədəf alınır

Britaniya rəsmiləri deyir ki, ata və qızın vəziyyəti kritiktir. Onlara ilk yardım edən polis zabiti də hələ də xəstəxanadadır, amma onun vəziyyəti stabildir.

Britaniyalı toksikoloqlar deyir ki, sui-qəsddə Noviçok maddəsindən istifadə olunub. Kreml əlinin olduğunu inkar edib və hadisə ilə bağlı fərqli iddialar irəli sürüb. Bu iddialardan biri isə odur ki, Britaniya bütün bunları uydurub.

Mey çərşənbə günü qanunvericilərə deyib ki, onun höküməti “Rusiya hökümətinin Birləşmiş Krallıq vətəndaşları və ya sakinlərinin həyatlarına təhlükə yaratmaq üçün dövlət aktivlərindən istifadə etdiklərinə dair dəlil əldə etsə onları donduracaqlar.”

Amma Moskvanın Rusiyanın neft şirkətində 20 faiz hissəsi olan British Petroleuma sanksiyalar tətbiq edəcəyinə dair narahatlıqlar da var.

Lakin Meyin geri çəkilməməsi üçün ona qarşı siyasi təzyiqlər artır. Keçmiş hüquqşünas Lord MakDonlad deyib ki, Britaniyanın ən effektiv silahı Putinlə əlaqəsi olanlara qarşı “aqressiv maliyyə strategiyasıdır.” O, Britaniyanın Sunday Timesqəzətinə deyib ki, Mey höküməti maliyyə sektorunda olan rusiyalılara qarşı daha sərt kampaniya aparmalıdır.

Rusiya şübhə ilə yanaşır

Rusiya xarici işlər nazirliyinin sözçüsü Zaxarova həmçinin Britaniyanın Noviçokdan istifadə edildiyinə dair iddiasına şübhə ilə yanaşıb.

“Onlar bizə nümunə vermirlərsə, Rusiyanın əlinin olduğuna dair nəticəyə necə gələ bilərlər? Məntiq baxımından onlarda bu maddədən olmamalıdır. Onlar bu cür nəticəyə gəlmək üçün həmin maddəni nə ilə müqayisə ediblər?” o sual edib.

Kreml xəbərdarlıq edib ki, əgər Britaniya Rusiyaya qarşı əlavə “düşmən” addımlar atsa, Rusiya əlavə tədbirlər görəcək.

 

Bastainfo.com