Facebook bir gündə 43 milyard dollar itirdi

Facebook bir gündə  8,1%  ziyana düşüb. Platformanın qurucusu Mark Zuckerberqin sərvəti 5 milyard dollardan çox itirdi.

Qlobal ictimai paylaşma saytı Facebookun səhmləri, istifadəçilərinin məlumatlarının pis məqsədli istifadə edildiyi iddialarının ardından, son 5,5 ilin ən sərt enişini yaşayır.

The New York Times-ın şənbə günü nəşr etdiyi xəbərdə mərkəzi Londonda olan Cambridge Analytica adlı məlumatların analizi şirkətinin təxminən 50 milyon Facebook hesabından məlumat yığdığı və bu məlumatları ABŞ seçkiləri və Brexit referendumuna  təsir üçün istifadə edildiyi iddia edilib.

İddiadan sonra, Facebookun hər hissəsinin  dəyəri  185,09 dollardan  170,12 dollara qədər geriləyib. Beləliklə, korporativ dəyər 8,1 faiz azalaraq, son 5,5 ildəki sərt gündəlik azalmanın göstəricisi olub.

Firmanın hissələri son dəfə 27 iyul 2012-ci ildə reklam satışlarında azalma səbəbindən 11%  itki göstərərək o dövrə qədərki ən aşağı səviyyəyə geriləmişdi.

Facebook hissələrinin qiymətdən düşməsindən sonra, cümə günü 537 milyard dollar olan şirkətin bazar dəyəri bu gün 43 milyard dollar itirərək 494 milyard dollara qədər geriləyib.

Facebookun qurucusu Mark Zuckerbergin cümə günü 74,5 milyard dollar olan fərdi sərvəti isə bu gün 69,3 milyard dollara geriləyərək 5 milyard dolların üzərində itki göstərib.

Beləcə, Zuckerberg  Forbesin “dünyanın milyarderləri siyahısında” 5-ci sıradan 7-ci sıraya geriləmiş oldu.

Heybət Əmrah

bastainfo.com