Tramp Putini təbrik etməyəcək

ABŞ prezidenti Donald Tramp seçkiləri qazanması münasibətilə Vladimir Putinini təbrik etməyəcək. Onun cədvəlində bu məqsədlə telefon bağlantısı planlaşdırılmır, –  Ağ Evin sözçüsü Hogan Gidle Reutersə bildirib.

Onun sözlərinə görə, Putinin ən yüksək vəzifəyə yenidən seçilməsi Tramp rəhbərliyi üçün sürpriz olmayıb.

“Rusiya ilə münasibətləri inkişaf etdirmək üçün çalışacağıq və maraqlarımızı  təhdid edəcəyi təqdirdə bu ölkəyə sanksiyalar tətbiq edəcəyik. Eyni zamanda, maraqlarımız üst-üstə düşərsə, birgə işləmək üçün imkanlar axtaracağıq”- deyə, Gidle bildirib.

Martın 18-də Rusiyada keçirilən seçkilərdə Vladimir Putin seçicilərin 76 faizdən yuxarı səsini qazanaraq dördüncü dəfə prezident vəzifəsinə seçilib.

Seçkilərdən bir gün sonra bəzi ölkə liderləri – Çin prezidenti Xi Jinping, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Venesuela prezidenti Nicolas Maduro, Kuba lideri Raul Kastro, Serbiya prezidenti Aleksandr Vucic və Almaniya kansleri Angela Merkel  Putini qələbə münasibətilə  təbrik ediblər.

Heybət Əmrah

Bastainfo.com