Ərdoğan Doğan Media Qrupunu satın aldı

Türkiyə mediasının ən böyük qrupu olan Doğan Media Qrupunun satışı üçün razılaşma əldə olunub.

Doğan Holdinqin Fəxri sədri Aydın Doğan  2011-ci ilin may ayında “Milliyyət” və “Vətən”-i satdığı Ərdoğan Demirören Doğanla Media Qrupunun satışı haqqında razılığa gəldilər.

BÜTÜN QƏZET və KANALLAR SATILDI

T24 aldığı məlumatlara görə; Kanal D, CNN Türk, Tv2, Dream TV, Dream Türk, Hürriyet, Posta, Fanatik, Hürriyet Daily News, TME, Doğan Burda Dergisi, Doğan Egmont, Doğan Kitap, Dergi Pazarlama ve Planlama Demirören Qrupuna satılıb.

Satışdan dərhal sonra Doğan Media Qrupunun səhmlərinin qiymətlərində kəskin qiymət artımı qeydə alınıb.

Heybət Əmrah

Bastainfo.com