Facebook şəxsi məlumatların icazəsiz istifadəsinə görə araşdırılır

BBC rus xidmətinın saytında Facebookun fəaliyyətinin araşdırılması barədə yazı dərc edilib. Yazıda deyilir ki, ABŞ Federal Ticarət Komissiyası Cambridge Analitikanın araşdırması ilə bağlı Facebookun fəaliyyətinə dair istintaq aparır.

Federal Ticarət Komissiyası istehlakçıların hüquqlarını qoruyan və monpoliyaya qarşı qanunauyğunluqlara nəzarət edən müstəqil bir hökumət təşkilatıdır.

Komissiya  Facebookun 2011-ci il tarixli qərarına uyğun olaraq fəaliyyətini araşdırır. Bu qərara görə, istifadəçilərin şəxsi məlumatlarını üçüncü tərəfə ötürərkən, əgər bu cür hərəkətlər istifadəçilərin şəxsi məxfilik parametrlərinə təhlükə yaradarsa, bu barədə istifadəçilərə məlumat verilməlidir.

Facebook komissiyadan Cambridge Analitikanın hansı məlumatları aldığına dair sorğu gözlədiyini, ancaq bununla əlaqədar rəsmi istintaqın olmadığını söyləyir.

“Daily Beast” saytının xəbərinə görə, Mark Zuckerberq Facebookun Kaliforniya qərargahında çərşənbə axşamı təşkil edilən şirkət işçilərinin böhran yığıncağında iştirak etməyib. İşçi heyəti ilə görüş şirkətin baş hüquqşünası Paul Qruelin müavini tərəfindən keçirilb.

Rəsmi bəyanatında şirkət sosial şəbəkədə məlumatlardan istifadə zamanı aldadıldığını təsdiq edir  və bundan təəssüf etdiyini bildirir.

Bu arada, bazar ertəsi Facebook aksiyalarının qiymətləri kəskin ucuzlaşmasından sonra çərşənbə günü yenidən enməyə davam edib.

Böyük Britaniyada araşdırma

Britaniyanın İnformasiya Komissiyasının rəhbəri  siyasi konsaltinq xidmətləri göstərən London firması Cambridge Analytica şirkətinin ofislərində axtarış üçün order verilməsi xahişi ilə məhkəməyə müraciət edəcək.

Şirkət 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərinin nəticələrinə təsir göstərmək üçün 50 milyon Facebook istifadəçisinin şəxsi məlumatlarından istifadə etməkdə ittiham olunur.

Bundan əlavə, İngilis televiziyasının Dördüncü kanalı şirkətin menecerlərinin siyasi məqsədlərini gizlətmək üçün rüşvətə qaçdıqları barədə nəticə çıxarılan söhbətlərini yayıb.   

Şirkət özü isə bütün bunları inkar edir.

Eyni zamanda, Facebookun  rəhbəri Mark Zuckerberq  Britaniyanın Parlament komitəsi tərəfindən şirkətin Cambridge Analytica ilə əlaqələri barədə ifadə verməyə çağırılıb.

Saxta xəbərlərin araşdırılması üzrə parlament  komissiyasının rəhbəri Damian Collins ötən dinləmələrdə Facebooku şəxsi informasiyaların icazəsiz yayılmasında  günahlandırıb.

Heybət Əmrah

Bastainfo.com