Kabildə Novruz şənliyi faciəyə çevrildi: 29 ölü

İŞİD qruplaşması partlayışa görə məsuliyyəti öz üzərinə götürüb

Bu gün Kabil Universiteti yaxınlığında törədilən partlayışda 29 nəfər ölüb. Partlayışda 52 nəfər də yaralanıb, – oxu.az Ria-Novostiyə istinadən xəbər verib.

Əfqanıstan Daxili İşlər Nazirliyinin təmsilçisi Nusra Rəhimi bildirib ki, terror aktı Kabil Universitetinin çıxışında törədilib. Terrorçu-kamikadze özünü  Novruz bayramını qeyd etməyə toplaşan insanların arasında partladıb.

Reutersin bildirdiyinə görə, İŞİD qruplaşması partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

 

Bastainfo.com

 

 

Oxu.az