Əfsanəvi Braziliya futbolçusu Ronaldiniodan gözlənilməz addım

Barselonada oynadığı dövrdə dünyanın ən yaxşı futbolçularından biri kimi yaddaşlarda qalan Ronaldinionun karyerasını siyasətdə davam etdirmək istəyi məlum olub.

Braziliyadan gələn xəbərlərə görə, məşhur futbolçu oktyabr ayında ölkədə baş tutacaq ümumi seçkilərdə iştirak edərək Senat və ya Nümayəndələr Məclisinə üzv olmağa hazırlaşır.

Əfsanəvi futbolçu Ronaldinionun ən böyük uğurları iştirak etdiyi çempionatlarda – 2002-ci ildə Braziliyanın Dünya Kubokuna sahib çıxması və 2006-cı ildə Barselona ilə Çempionlar Liqasını qazanması olub.

Heybət Əmrah

Bastainfo.com