Rusiyada jurnalistlər parlamenti boykot etdi

Dumanın komitə sədri müxbir qadınlara davamlı olaraq sataşmaqda ittiham edilir

Rusiyanın nüfuzlu media orqanları parlamenti boykot etmək haqqında qərar qəbul ediblər. Buna səbəb Dövlət Dumasının üzvü, komitə sdəri Leonid Slutskinin davranışları haqqında parlamentin Etika komissiyasına verilən şikayətə məhəl qoyulmamasıdır.

Bildirilir ki, “Dojd TV”nin parlament müxbiri Darya Juk və BBC-nin rusca xidmətinin korrespondenti Fəridə Rüstəmova komitə sədrinin onlara davamlı olaraq sataşması haqqında Etika komissiyasına rəsmi şikayət ediblər. Həmçinin RTVI telekanalının baş redaktor müavini Yekaterina Kotrikadze Slutskinin xanımlara davamlı olaraq sataşması haqqında açıqlama verib. 

Amma Dumanın etika komissiyası Slutskinin davranışında “etik normalardan kənar heç nə olmadığı” haqqında qərar çıxarıb.

Fəridə Rüstəmova jurnalistlərə açıqlamasında bildirib ki, Rusiya qanunlarının indiki durumunda Etika komissiyasının bu qərarı onun üçün təəccüblü olmayıb. 

Корреспондент Русской службы Би-би-си Фарида Рустамова перед началом заседания комиссии Государственной Думы РФ по этике в отношении Леонида Слуцкого. 21 марта 2018

Bu qərara etiraz olaraq əvvəlcə RBK telekanalı, ardınca isə RTVİ, Dojd TV, “Exo Moskvı”, “Kommersant” və bir sıra digər nüfuzlu KİV-lər jurnalistlərini parlamentdən geri çağırmaq və Dumanı boykot etmək haqqında qərar veriblər.

 

Bastainfo.com